“Qarabağ” – “Marsel” matçının biletlərinin yarısı satılıb
UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin “Qarabağ”la “Marsel” (Fransa) arasında keçiriləcək cavab matçı üçün satışa çıxarılan biletlərdən yarısı satılıb.
Komanda.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, satışa çıxarılan 15 minə yaxın biletdən 8 mini satılıb..
Yeri gəlmişkən, texniki problemlər səbəbindən dünən dayandırılan bilet satışı bu gündən bərpa olunub.
Koronavirus pandemiyasına görə oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarının yalnız 50 faizinə azarkeş buraxılır.
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin