“Qarabağ” Marseldən məğlub qayıdır
“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Komanda.az xəbər verir ki, “köhlən atlar” Fransada “Marsel”lə üz-üzə gəlib. Qurban Qurbanovun komandası tarixində ilk dəfə avrokuboklarda pley-off mərhələsinə yüksəlib. Bu, həm də, Azərbaycan futbolu tarixində ilkdir. “Qarabağ” çətin səfər matçından sərfəli nəticə ilə qayıtmağa çalışıb. Baxmayaraq ki, rəqib Fransanın köklü klublarından biridir və Liqa 1-də PSJ-dən sonra 2-ci pillədə qərarlaşıb.
“Velodrom” stadionunda keçirilən “Marsel” – “Qarabağ” matçını Monteneqrodan olan hakimlər briqadası idarə edib. Dörd qolun qeydə alındığı matç Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.
UEFA Konfrans Liqası, ilk oyun
17 fevral
Marsel (Fransa) – Qarabağ 3:1
Qol: A.Milik, 41; 44. D.Payet, 90+2. – K.Borges, 85.
Hakimlər: Nikola Dabanoviç, Milovan Cukiç, Vladan Todoroviç, Miloş Boşkoviç (Monteneqro)
Fransa, “Velodrom” stadionu
Marsel: 30. Stiv Mandanda, 3. Alvaro Qonsales, 4. Babakar Kamara, 5. Leonardo Balyerdi, 8. Jerson, 9. Arkadiuş Milik, 14. Luan Peres. 17. Cengiz Ünder, 20. Konrad de la Fuente, 22. Pape Qeye, 29. Pol Lirola.
Ehtiyat oyunçular: 1. Simon Nqapanduentpu, 16. Pau Lopes, 2. Vilyam Saliba, 6. Matteo Genduzi, 7. Amin Arit, 10. Dmitri Payet, 12. Bamba Dyenq, 13. Sedrik Bakambu, 15. Due Çaleta-Çar, 23. Sead Kolaşinaç, 31. Yuqo Bertelli, 46. Aylan Benyahya Tani.
Baş məşqçi: Xorxe Sampaoli.
Qarabağ: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Bizi Facebook-da izləyin