“Qarabağ” – “Malmö” oyununun təyinatları açıqlanıb

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda İsveçin “Malmö” klubuna qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, oktyabrın 3-də Bakıda keçiriləcək görüşə Yunanıstandan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı Anastasios Papapetru idarə edəcək. Trifon Petropulos və Yordanis Aptosoqlu baş hakiminin köməkçiləri olacaqlar. Alexandros Tsakalidis dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi Angelos Evangelu, onun köməkçisi isə Athanasios Tzilos olacaq. Loran Duhamel (Fransa) hakim-inspektor, Aleksandr Keplin (Qazaxıstan) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button