“Qarabağ” Mahir üçün təklif göndərib

“Dinamo”nun (Zaqreb) hücumçusu Mahir Emreli “Qarabağ”a keçə bilər.

Komanda.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan millisinin hücumçusu üçün “Dinamo”ya təklif göndərib.

“Germanijak” portalı məsələ haqda bunları yazıb:

“Mahir Emrelinin də komandadan ayrılacağı gözlənilir. “Qarabağ”ın təklifi hələ də qüvvədədir. azərbaycanlı hücumçunun nəhayət ki, getməyə razı olub-olmayacağını yaxın vaxtlarda görəcəyik”.

Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button