“Qarabağ” məğlubedilməz deyil”

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferentsvaroş”un (Macarıstan) futbolçusu Bençe Etvöş qarşıdakı oyunlar haqda danışıb.

Komanda.az xəbər verir ki, macarıstanlı yarımmüdafiəçi yerli “M4 Sport” televiziyasına açıqlamasında “Qarabağ” haqda fikirlərini bildirib:

“Məqsədimiz bu mərhələni də adlamaqdır. Çempionlar Liqasının qrup (liqa) mərhələsinə düşmək istəyirik. “Qarabağ” güclü komandadır, amma məğlubedilməz deyil”.

“Qarabağ” “Ferentsvaroş”la avqustun 19-da Budapeştdə, avqustun 27-də isə Bakıda qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button