“Qarabağ” məğlub oldu

Qadın həndbolçular arasında Azərbaycan çempionatında 7-ci turun daha bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, “Azəryol” “Qarabağ”la üz-üzə gəlib. Qarşılaşma “Azəryol”un 28:27 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ” 12 xalla liderdir. “Azəryol” 11 xalla ikinci, “Kür” 9 xalla üçüncü, “İdman Akademiyası” 6 xalla dördüncü, “Bakı” 4 xalla beşinci, xalı olmayan “Gənclərbirliyi” altıncı sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button