
“Qarabağ” – “Linkoln” matçının məğlubunun mümkün rəqibi məlum olub
UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində baş tutacaq “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” cütünün məğlubunun potensial rəqibi müəyyənləşib.
“Qarabağ”la “Linkoln”un qarşılşamalarında uduzan komanda növbəti mərhələdə “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün məğlubu ilə oynayacaq. “Linkoln” – “Qarabağ” cütünün məğlubu ilk görüşü səfərdə keçirəcək.
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin