“Qarabağ” 5-ci dəfə Avropa Liqasının qrup mərhələsində!
Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulur.
Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi olan “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edib.
İlk oyunda rəqibinə 2:3 hesabıyla uduzan “köhlən atlar”, “Linfild”i mübarizədən kənarlaşdıracağı təqdirdə, ardıcıl 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanacaqdı. Bunun üçün Ağdam klubuna hətta 1:0 hesablı qələbə də yetərli idi. Matçın əvvəlində erkən qolla hesabı açan Qurban Qurbanovun yetirmələri son dəqiqələrdə daha bir qol vurmaqla vacib qələbəyə seviniblər və 5-ci dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıblar.
Avropa Liqası, pley-off mərhələsi, cavab oyunu
29 avqust
Qarabağ – Linfild 2:1
Qol: Xayme Romero, 6. Abdulla Zubir, 88 – Şeyn Leyveri, 90+3.
Baş hakim: Sergey İvanov (Rusiya)
İlk oyun – 2:3
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Maqaye Qeye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaxer, 8. Bastyan Heri, 9. Coel Kuper, 14. Şeyn Leyveri, 16. Mettyu Klark, 20. Stefen Fallon, 22 Ceymi Malqryu (k), 31. Nayall Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular: 40. Aleks Mur, 7. Endryu Uoteruort, 10. Cordan Stüart, 12. Kirk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern, 27. Endryu Mitçell.
Baş məşqçi: David Hili.
Bizi Facebook-da izləyin