“Qarabağ” “Lex”i keçsə…
Sabah UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Komanda.az xəbər verir ki, UEFA püşkatmadan bir gün öncə komandaları və cütləri qruplara bölüb.
Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqiblərinin sayı 5-ə enib.
Ağdam klubunun Polşa “Lex”i ilə cütü A qrupunda səpələnmişlər sırasındadır. Bu cütlükdə qalib komanda üçün 3 variant var. Bunlardan ikisi cüt, biri ilk raunddan azad olan klubdur:
“Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan)
“Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq)
“Sürix” (İsveçrə)
2-ci təsnifat mərhələsinin püşkatması sabah Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. ÇL-də 1-ci təsnifat mərhələsinin ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları 12-13 iyulda keçiriləcək. 2-ci təsnifat mərhələsinin ilk görüşləri 19-20, cavab matçları 26-27 iyulda baş tutacaq. “Qarabağ” “Lex”ə qarşı ilk matçını səfərdə, cavab matçını evdə keçirəcək.
Bizi Facebook-da izləyin