“Qarabağ” legionerlərə ən çox güvənən komandadır

“Qarabağ” 2024/2025 mövsümündə Premyer Liqada meydana ən çox legioner futbolçu buraxan komanda olub.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib.

Ağdam təmsilçisi ötən mövsüm 17 legionerə şans verib. Ən az əcnəbi isə “Səbail”də oynayıb – 12.

Ən az yerli futbolçunun oynadığı klub “Zirə”dir. “Qartallar” Azərbaycan vətəndaşlığı olan 12 oyunçuya ehtiyac duyub. Bunun əksinə, “Şamaxı” yerli futbolçulara ən çox şans verən (22 oyunçu) klubdur.

Bundan əlavə, “Şamaxı”, “Sumqayıt” və “Kəpəz” 34 oyunçudan istifadə edib. Ən az göstərici isə “Araz-Naxçıvan”a məxsusdur – 25.

Misli Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button