“Qarabağ” “kənar şəxslər”ə görə 1600 manat cərimə ödəyəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

31-ci turun “Qarabağ” – “Zirə” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qarabağ” klubu 800 manat cərimə edilib.

“Qarabağ” – “Zirə” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilib.

“Qarabağ” – “Zirə” oyunu bitdikdən sonra “Zirə” klubunun “A buraxılışı” olmayan nümayəndələrinin meydançaya daxil olmasına görə “Zirə” klubu 800 manat cərimə edilib.

“Qarabağ” – “Zirə” oyununda “Zirə” klubu İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə 2000 manat cərimə edilib.

31-ci turun “Səbail” – “Neftçi” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail” klubu 800 manat cərimə edilib.

31-ci turun “Sumqayıt” – “Qəbələ” oyununa təcili tibbi yardım maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt” klubu 400 manat cərimə edilib.

“Sumqayıt” – “Qəbələ” oyununda meydançaya kənar əşyaların atılması görə “Sumqayıt” klubu 1600 manat cərimə edilib.

“Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 800 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button