“Qarabağ” – “Kopenhagen”: Qonaqlar üçün biletlərin qiymətləri açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) matçını izləmək istəyən qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti 200 Danimarka kronu (təxminən 53 manat) olacaq. Azarkeşlər vauçer alaraq onları matç zamanı biletə dəyişəcəklər.

“Qarabağ” Danimarka təmsilçisi ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda Bakıda üz-üzə gələcək. Oyun oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button