
“Qarabağ” – “Kopenhagen” matçının hakimi açıqlandı
Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 2-ci turunun oyununun təyinatları açıqlanıb.
Komanda.az xəbər verir ki, qarşılaşma Niderlanddan olan FİFA referisi Serdar Gözübüyükə tapşırılıb.
Yan xətt hakimləri Ervin Zeynstra ilə Patrik İnya, dördüncü hakim Yannik Van Der Laan olacaq.
VAR-da Rob Dyeperin AVAR-da Yerun Manshot əyləşəcəklər.
“Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



