“Qarabağ” – “Kayrat” matçından əvvəl Respublika stadionunun qazonu FOTOLAR
“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda sabah “Kayrat”la (Qazaxıstan) qarşılaşacaq.
Komanda.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Meydançanın qazonu əvvəlki oyunlarla müqayisədə daha yaxşı vəziyyətdədir.
“Qarabağ”ın 1-ci turda İsveçrənin “Bazel” komandasına qarşı keçirdiyi ev oyunu (0:0) Tofiq Bəhramov adına Respublika stadionunun qazonu yaxşı vəziyyətdə olmadığı üçün Bakı Olimpiya Stadionunda baş tutmuşdu.
Sabah keçiriləcək “Qarabağ” – “Kayrat” matçı saat 20:45-də başlayacaq.



Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin