96 milyon avroluq qrup – “Qarabağ” sonuncudur
“Qarabağ” Konfrans Liqasının qrup mərhələsində İsveçrənin “Bazel”, Qazaxıstanın “Kayrat” və Kiprin “Omoniya” komandası ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, H qrupunda yer alan klubların ümumi dəyəri 96,43 milyon avrodur. Qrupun ən bahalı heyəti olan komandası “Bazel”dir. İsveçrəlilərin heyətinin dəyəri 46,85 milyon avrodur.
Qazaxıstanın “Kayrat” klubunun heyətinin dəyəri 21,40 milyon avrodur. Almatı təmsilçisi bu göstərici ilə ikinci sıradadır.
Kipr “Omoniya”sının dəyəri isə 15,90 milyon avrodur.
Qrupda heyətinə görə ən az dəyəri olan “Qarabağ”dır. Azərbaycan təmsilçisinin heyətinin ümumi qiyməti 12,28 milyon avrodur (klubların dəyərləri “transfermarkt” portalından götürülüb).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin