“Qarabağ”ın sabiq futbolçusu karyerasını bitirdi
“Qarabağ” klubunun sabiq futbolçusu Miçel karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə ispan yarımmüdafiəçinin formasını geyindiyi “Marino” klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Miçelin futbolçu karyerasını sonlandırdığı bildirilib.
Karyerası ərzində İspaniyada “Sportinq” (Xixon), “Xetafe”, İsrialdə “Makkabi” (Hayfa), İngiltərədə “Birmingem” kimi klublarda çıxış edən Miçel, 2015-2020-ci illər aralığında “Qarabağ”ın uğurları üçün çalışıb. 36 yaşlı ispan futbolçu Ağdam klubunda 155 matçda meydanda olub və 25 qola imza atıb.
Yarımmüdafiəçi ötən ilin oktyabrında “köhlən atlar”dan ayrılaraq, “Marino” klubuna keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin