“Qarabağ” AEL-lə matçda yaşananlara görə UEFA-ya şikayət edəcək! AÇIQLAMA

“Qarabağ” klubu Konfrans Liqasının 3-cü mərhələsində AEL-ə qarşı keçirdikləri oyunda yaşanan hadisələrə görə UEFA-ya şikayət edəcək.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Komanda.az-a açıqlamasında deyib. O, məsələ ilə bağlı UEFA-ya şikayət edəcəklərini bildirib:

“Matçın UEFA nümayəndəsi hər şeyi qeydə alıb. AEL-in mətbuat xidmətinin rəhbərinin qarışıqlıq zaman aranı sakitləşdirmək adı ilə etdikləri düzgün deyil. UEFA nümayəndəsi hər şeyi görüb, qeydə alıb. Bizim də məsələ ilə bağlı UEFA-ya şikayətimiz olacaq”.

AEL – “Qarabağ” matçında (1:1) Abdullah Zubirin bərabərlik qolundan sonra kiprli azarkeşlər “Qarabağ”ın texniki zonasında oturan şəxslərə, xüsusilə də baş məşqçi Qurban Qurbanova qarşı təhqiramiz ifadələr səsləndirməyə başlayıblar. Bu üzdən də tərəflər arasında qalmaqal yaşanıb. Qarşılaşmanın hakimi oyunu dayandırmaq məcburiyyətində qalıb. Təxminən 10 dəqiqəlik fasilədən sonra oyun yenidən bərpa olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button