“Qarabağ” milli üzvü ilə müqaviləni yenilədi
“Qarabağ” klubu futbolçusu Toral Bayramovun müqaviləsini uzadıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti 3 ildir.
Toral Bayramov ötən mövsüm “Qarabağ”da keçirdiyi 26 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.
Bayramov Azərbaycan milli komandasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin