“Qarabağ” kimi rəqibə qarşı belə mübarizə aparmaq yaxşıdı”

Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Qarabağ”a 0:1 hesablıyla məğlub olan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir, mütəxəssis bunları deyib:

  • Maraqlı oyunun şahidi olduq. İlk dövrədə böyük hesabla məğlub olmuşduq, amma bu oyundan hər iki komanda qalib ayrıla bilərdi. İlk hissədə təhlükəli epizodlarımız oldu. Son zərbələrdə dəqiqlik çatışmadı. Bu, bizi narahat edir, amma ümumilikdə futbolçulardan razı qaldım. “Qarabağ” kimi rəqibə qarşı belə mübarizə aparmaq yaxşıdı. İkinci dövrədə hesabımıza xal yaza bilməmişik. Bundan sonra “Keşlə”ylə oyuna hazırlaşmalıyıq.
  • “Qarabağ” güclü komandadır, amma məğlubedilməz deyil. Bu komandadan heç olmasa bir xal almağın yolunu tapa bilməmisiz?
  • Gördüyünüz kimi, meydandan qalib ayrılmağa çalışdıq. Futbolçularım əlindən gələni etdi. “Qarabağ” nəinki bizim, çempionatdakı bütün komandalar üçün çətin rəqibdi. Bu oyun haqqında danışılası çox şey yoxdu.
  • Maykl Essyenin oyun baxımından komandaya faydası dəyirmi?
  • Essyen haqda çox danışmışam. Onun hazırkı durumu 15-20 dəqiqə oynamağa icazə verir. Belə hücumların qarşısında tap gətirmək onun üçün də çətin idi. Qarşıdakı oyunlara baxmalıyıq.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button