![](https://komanda.az/wp-content/uploads/2024/11/206778_qaicfg49iy.jpg)
“Qarabağ” kimi komandaya qarşı çox yaxşı çıxış etdik” – “Səbail”in məşqçisi
“Səbail” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”ı qəbul edib.
Komanda.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan paytaxt təmsilçisinin köməkçi məşqçisi Elvin Məmmədovun oyundan sonra mətbuat konfransı keçirilib. Məmmədov “Qarabağ” kimi komandaya qarşı yaxşı çıxış etdiklərini deyib:
“Komandanı apardığı mübarizəyə görə təbrik edirəm. “Qarabağ”ın həm Avropada, həm ölkə daxilində necə güclü komanda olduğunu bilirik. Xüsusən də, ikinci hissədəki mübarizələrinə görə oyunçulara təşəkkür edirəm. “Qarabağ” kimi komandaya qarşı çox yaxşı çıxış etdik”.
“Səbail”in baş məşqçisi Cavid Hüseynov cəzalı olduğu üçün oyunu tribunadan izləyib.
1/4 finalın cavab matçı fevralın 27-də Tofiq Bəhramov adına Respulika stadionunda keçiriləcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin