“Qarabağ” kimi komandaya qarşı ancaq bu cür mübarizə apararaq qalib gəlmək olar”

“Sabah” Azərbaycan Premyer Liqasının 30-cu tur matçında doğma meydanda “Qarabağ”la qarşılaşıb.

Komanda.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç 3:2 hesablı qələbə qazandıqları matçla bağlı mətbuat konfransında bunları deyib:

“İlk öncə oyunçularımı təbrik etmək istəyirəm. Mükəmməl oynadılar. Aslanlar kimi savaşdılar. “Qarabağ” kimi komandaya qarşı ancaq bu cür mübarizə apararaq qalib gəlmək olar.

Biz istəyirdik ki, həm xətlərarası əlaqə sıx olsun. Həm də yarımmüdafiə ilə müdafiə arasında əlaqə sıx olsun. Buna oyunun gedişində əksər vaxt nail ola bildik.

Deməzdim ki, “Qarabağ”ı məğlub etdiyimizə görə qələbəni böyük sevinclə qeyd edirdik. “Qarabağ”ı udmağa görə 6 xal vermirlər. Futbolçularımı yaxşı mübarizə apardıqlarına görə böyük sevinc içində təbrik etmək istədim.

Çalışacağıq ki, bütün ev oyunlarında qalib gələk. Onu deyə bilərəm ki, bizim futbolçular azarkeşlərin dəstəyinə layiqdirlər”.

Rəşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button