![](https://komanda.az/wp-content/uploads/2023/07/1690027191_0431e891-27cd-32fd-9364-252c12876115_850-780x470.jpg)
“Qarabağ” keçilməz rəqib deyil”
Polşanın “Rakuv” klubunun futbolçusu Marçin Çebula UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar barədə danışıb.
Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında Azərbaycan çempionunu tanıdıqlarını söyləyib:
“Qışda “Qarabağ”la yoxlama görüşü keçirmişdik. Onların necə komanda olduqlarını az-çox bilirik. Biz də Polşa çempionuyuq. Azərbaycan komandası əlçatmaz deyil. Bu matçlarda meydana kim çıxır-çıxsın, sona qədər mübarizə aparacaq. “Qarabağ” keçilməz rəqib deyil. Amma bunun üçün onlara qarşı yüksək səviyyədə oynamalıyıq”.
“Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Çenstoxovada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin