“Qarabağ” Kaşukla anlaşıb
“Qarabağ” yeni futbolçu alıb.
Komanda.az xəbər verir ki, “köhlən atlar” ukraynalı futbolçu Aleksey Kaşuku heyətinə cəlb edib.
24 yaşlı yarımmüdafiəçi Ağdam klubuna azad agent kimi keçib. Keçidin tezliklə rəsmən elan olunacağı bildirilir.
“Şaxtyor”un (Donetsk, Ukrayna) yetirməsi olan Kaşuk 2022/23 mövsümündə “Sabah”da forma geyinib.
“Qarabağ” bu yay Fabian Buntiç, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Mateuş Koxalski və Emmanuel Addaini heyətinə qatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin