
“Qarabağ” kapitanı itirdi
“Qarabağ”ın kapitanı Qara Qarayev zədələnib.
Komanda.az xəbər verir ki, Qarayev Fransada “Nant”a qarşı keçirdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyununda sıradan çıxıb.
Oyunu davam etdirə bilməyən yarımmüdafiəçi 79-cu dəqiqədə Julio Romao ilə əvəzlənib.
Hazırda oyunda hesab bərabərdir – 1:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin