“Qarabağ” İngiltərə klubunun qapıçısıyla maraqlanır

“Qarabağ” İngiltərənin “Sanderlend” klubunun qapıçısı Con Maklaflinlə maraqlanır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı qapıçı “Qarabağ”la yanaşı, Türkiyənin “Trabzonspor” və Bolqarıstanın “Ludoqorets” klublarının da hədəfindədir.

“Sanderlend”in sahibi Donald Stüart, Con Maklaflinə təkliflər olduğunu təsdiqləsə də, onu bu yay satmayacaqlarını deyib. Stüart qolkiperin klubla bir illik müqaviləsinin olduğunu və Conun bu müddəti uzatmaq istədiyini bildirib.

2018-ci ilin iyulundan “Sanderlend”də çıxış edən Con, bir dəfə də Şotlandiya millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button