“Qarabağ” ilk yoxlama oyununun vaxtını açıqladı

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununun başlanma saatını açıqlayıb.
Komanda.az xəbər verir ki, Rumıniyanın “Botoşani” klubu ilə sabahkı görüş Bakı vaxtı ilə 18:30-da başlayacaq.
Qeyd edək ki, Qurban Qurbanovun komandası qardaş ölkədə ümumilikdə 5 sınaq matçı keçirəcək. Digər görüşlər yanvarın 16-da Özbəkistanın “Paxtakor”, 19-da Çexiyanın “Bohemians”, 23-də Polşanın “Piast” və 26-sı isə Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilədi
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin