“Qarabağ” iki futbolçu ilə anlaşıb, üçüncü üçün cəhd edəcək
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” iki transfer edib.
Ağdam klubunun Portuqaliya təmsilçisi “Şaveş”dən Juninyo ilə anlaşdığını xəbər vermişdik. 26 yaşlı hücumçunun keçidi üçün Portuqaliya klubuna təzminat ödənilib. O, iki gün sonra Avstriyada yeni komandasına qoşulacaq.
Komanda.az xəbər verir ki, daha bir cənubi amerikalı hücumameyilli yarımmüdafiəçi ölkə çempionunua keçməyə yaxındır. Onunla danışıqlar yekunlaşmaq üzrədir.
“Qarabağ” bu transferlərlə kifayətlənməyəcək və üçüncü futbolçunun keçidini rəsmiləşdirməyə çalışacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin