“Qarabağ” kolumbiyalı futbolçuyla razılığa gəldi – Qurban Qurbanov açıqladı

“Qarabağ” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın “Çaveş” klubundan müdafiəçi Kevin Medinanı transfer etməyə yaxındır. Bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “CBC Sport” telekanalına açıqlamasında deyib:

“Medina ilə bir neçə ay əvvəl danışılmışdı. Həm klubu ilə, həm də özüylə demək olar ki, razılıq əldə edilmişdi. Bu iş, demək olar ki, artıq tamamlanıb”.

Karyerasına Portuqaliyanın “Moura” klubunda başlayan 27 yaşlı kolumbiyalı futbolçu “Sintrense”, “Pinhalnovense”, “Akademiko de Viseu” klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button