La Liqa klubunun futbolçusu “Qarabağ” üçün Bakıya gəldi
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi İspaniyanın “Kadis” klubundan Qasper Panadero Samora ilə razılaşıb. “Qarabağ” 23 yaşlı vingerlə 3 illik müqavilə imzalayacaq.
Samora “köhlən atlar”la rəsmi müqavilə imzalamaq üçün bu gün Bakıya gəlib.
Samora 2020-ci ilin avqustundan “Kadis”də çıxış edir. Vinger ötən mövsümü icarə əsasında Sequnda təmsilçisi “Ponferradina”da keçirib.
“Kadis” La Liqada 2020/2021 mövsümünü 12-ci sırada bitirib. (Sportlife.az)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin