“Qarabağ” – “Gent” oyunu 2-ci oldu – tamaşaçı sayına görə
Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib.
Komanda.az xəbər verir ki, 8 matçda ümumilikdə 91786 tamaşaçı iştirak edib.
Bakıda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilmiş qarşılaşma bu göstəricidə 2-ci olub. Görüşü 25452 tərəfdar izləyib.
Ən çox fanat isə Türkiyədə “Trabzonspor”la İsveçrə “Bazel”inin oyununda qeydə alınıb. Bu matçda 26184 azarkeş olub.
Üçüncü yeri isə Portuqaliyada keçirilmiş “Braqa” – “Fiorentina” matçı tutub – 13041 azarkeş.
Xatırladaq ki, “Qarabağ”la Bakıdakı oyunda “Gent”i 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması fevralın 23-də Belçikada baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin