“Qarabağ” – “Gent” matçına 21 min bilet satılıb
Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Gent” (Belçika) oyununa bilet satışı davam edir.
Komanda.az xəbər verir ki, artıq bu oyuna 21 min bilet satılıb.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, satışda bütün kateqoriyalara biletlər qalıb.
Biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin