
“Qarabağ” – “Gent” matçına neçə bilet satılıb?
UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” Belçikanın “Gent” klubu ilə üz-üzə gələcək.
Fevralın 16-da keçiriləcək qarşılaşma üçün 25 min bilet satılıb. Bu barədə Komanda.az-a “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də start götürəcək.
Rövşən Əlisoy
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin