“Qarabağ”ın legioneri rəsmən Türkiyə klubunda
“Qarabağ” futbolçusu Kvabena Ovusunu Türkiyənin “Ankaragücü” klubuna icarəyə verib.
Komanda.az xəbər verir ki, 24 yaşlı vinger Ankara təmsilçisi ilə 1 illik icarə müqaviləsi imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Ankaragücü” 2021/22 mövsümündə Türkiyə 1-ci liqasında mübarizə aparacaq.
Ovusu 2019-cu ildən “Qarabağ”da çıxış edir. O, Ağdam təmsilçisində 44 oyuna 9 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin