“Qarabağ”a 10 futbolçu dəvət olundu

“Qarabağ” Futbol Məktəbi Lənkəranda iki fərqli yaş qrupundan ibarət uşaq futbolçulara baxış keçirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, seçimdə 70-ə yaxın futbolçu iştirak edib. Onlar arasından 10 futbolçu müvafiq yaş qruplarının məşqlərində iştirak etmək üçün Bakıya dəvət edilib.

Bu ay “Qarabağ” Futbol Məktəbinin Bakıda genişmiqyaslı seçimləri planlaşdırılır.