“Qarabağ” pley-offda!

“Qarabağ” bu gün UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “köhlən atlar” Finlandiyada HJK-nin qonağı olub.

“Bolt Arena”da baş tutab qarşılaşma saat 20:00-da start götürüb. İlk oyunda Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlmişdi.

Cavab görüşündə də Azəraycan çempionu eyni hesabla qalib gəlib və pley-offa vəsiqə qazanıb.

“Qarabağ” mərhələdə Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək. Məğlub komandanı HJK-nı isə Konfrans Liqasının pley-offunda Rumıniya “Farul”u ilə mübarizə gözləyir.

UEFA Avropa Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu

17 avqust

HJK – Qarabağ 1:2 (2-ci hissə)
Qollar: Santeri Hostikka, 10 – Toral Bayramov, 45+3-pen. Yassin Benzya, 56.
Qırmızı vərəqə: Kevin Kuassivi-Benissan, 16 (ikinci sarı).
Baş hakim. Villi Delajod (Fransa)
Helsinki. “Bolt Arena”
İlk oyun – 1:2

HJK: 85. Niki Myanpa, 2. Tuomas Ollila, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 7. Santeri Hostikka.
Ehtiyat oyunçular: 1. Yesse Öst, 78. Aleks Ramula, 3. Nikolas Hyömyölöynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 8. Filip Rogiç, 11. Roope Riski, 14. Matti Peltola, 17. Hassane Bande 29. Entoni Olusanya, 56. Perparim Hetemay, 37. Atomu Tanaka.
Baş məşqçi: Toni Korkeakunnas.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button