“Qarabağ” – “Ferentsvaroş” cütündə favorit görmürəm” – Səmədov

Futbol üzrə Rusiya millisinin əslən azərbaycanlı sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcək Azərbaycan və Macarıstan təmsilçilərinin dueli haqqında yerli mətbuata açıqlama verib.

Komanda.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Ağdam klubunun ilk matçı evdə keçirməsinə baxmayaraq favorit olmadığını bildirib:

“Qarabağ” – “Ferentsvaroş” cütündə favorit görmürəm. İlk matçın Azərbaycanda keçirilməsi heç nəyi dəyişmir. Axı onlar cavab görüşünü səfərdə oynayacaq”.

Səmədov “Ferentsvaroş”un rusiyalı baş məşqçisi Stanislav Çerçesovun 2-ci təsnifat mərhələsində Slovakiyada “Slovan” (Bratislava) komandasını məğlub etdikləri matçdan sonra təmkinli olması barədə də danışıb:

“O, necə reaksiya verməli idi? Düşünürəm ki, komanda Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazansa, o zaman Çerçesovda emosiyalar yaranacaq”.

“Qarabağ” “Ferentsvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button