Türkiyə mətbuatı: “Qarabağ” “Fənərbaxça”nın futbolçusu ilə anlaşdı
“Qarabağ” “Fənərbaxça”nın futbolçusunu heyətinə qatmağa yaxındır.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi Alper Potukun xidmətində maraqlıdır. Bu barədə Türkiyənin “Milliyet” nəşri məlumat yayıb.
“Qarabağ” 28 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir. Klubun futbolçu ilə danışqlar apardığı və tərəflər arasında razılığın əldə olunduğu bildirilir. “Fənərbaxça” futbolçunu “Rizəspor”a icarəyə vermək istəsə də, Alperin “Qarabağ”da çıxış etmək niyyətində olduğunu bildirilib.
Bundan başqa, “Qarabağ” futbolçunun məvacibinin bir hissəsinin “Fənərbaxça” tərəfindən ödənilməsini istəyir. Alper illik 1,2 milyon avro qazanır və mövsümün ortası olduğu üçün futbolçunun 600 min avroluq məvacibi qalır. “Qarabağ” bu məbləğin yarısından bir qədər çoxunu özü, digər qismini isə İstanbul klubunun ödəməsini istəyir.
Futbolçunun “Qarabağ”la icarə müqaviləsində mövsümün sonunda birdəfəlik transfer etmək bəndinin də olacağı bildirilir.
Bizi Facebook-da izləyin