
“Qarabağ” Əhmədzadə ilə yollarını ayırdı
“Qarabağ” Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son üç mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2022-ci ilin yanvarında “Qarabağ”a keçən Rüstəm Ağdam təmsilçisinin heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



