“Qarabağ” derbinin hazırlığına itkilərlə başlayacaq
Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Qarabağ” istirahətdədi.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu sentyabrın 6-da istirahətdən qayıdacaq.
Komanda həmin gündən bir araya gələcək. Yığmalara çağırılanlar və zədəlilər məşqçilər korpusunun ixtiyarında olmayacaq. Ağdam təmsilçisi baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının 4-cü turunda “Neftçi” ilə keçiriləcək oyuna hazırlaşacaq.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin