“Qarabağ” qanalı hücumçunun transferindən imtina etdi
“Qarabağ” klubu daha əvvəl razılıq əldə etdiyi və komandanın Avstriyadakı düşərgəsində yer alan Abdul-Aziz Yakubu ilə müqavilə imzalamayacaq.
Komanda.az xəbər verir ki, buna səbəb qanalı hücumçunun tibbi müayinədən uğurla keçə bilməməsidir.
Yakubu müqavilə ilə məxsus olduğu “Vitoriya” (Gimaraynş, Portuqaliya) klubuna qayıdıb.
23 yaşlı futbolçu bir neçə gün idi ki, “Qarabağ”ın düşərgəsində idi. Ağdam təmsilçisi Yakubu ilə 4 illik razılıq əldə etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin