“Qarabağ” daha çox qol vura bilərdi” – “Lion”un baş məşqçisi
“Lion” bu gün Avropa Liqasının liqa mərhələsinin 5-ci turunda “Qarabağ”la qarşılaşıb.
Komanda.az xəbər verir ki, 4:1 hesabı ilə qalib gələn Fransa klubunun baş məşqçisi Pyer Sajın oyundan sonra mətbuat konfransı keçirilib. Fransalı çalışdırıcı nəticəyə görə sevincli olduqlarını bildirib:
“Nəticəyə görə sevincliyik. Bəli, “Qarabağ” birinci hissədə xeyli təhlükəli qol vəziyyəti yaratdı. Bunu xüsusi qeyd etmək lazımdır. İkinci hissədə daha yaxşı müdafiə olunduq. Topla davranış qaydalarında və hücum cəhdlərində üstün çıxış etdik. Rotasiyalarımız uğurlu alındı. Həmçinin, vaxtdan düzgün istifadə edə bildik. Bir çox məqamda doğru addım atdıq. Üstünlüyümüzü qorumağa çalışdıq.
Azarkeşlərin dəstəyi hadisələrin axarına müsbət təsir edirdi. Nəticədə, maraqlı oyun keçirdik. Azarkeşlər komandalarını sona qədər dəstəklədi. Komandam çox yaxşı oyun göstərdi. Həm xətlərarası əlaqədə, həm də bir-biriylə anlaşmalar zamanı özlərini yaxşı tərəfdən göstərdilər. “Qarabağ” daha çox qol vura bilərdi. Sadəcə, bəzi məqamlarda istədiklərini edə bilmədilər”.
“Lion” Avropa Liqasının 6-cı turunda, dekabrın 13-də evdə Frankfurt “Ayntraxt”ı ilə üz-üzə gələcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin