“Qarabağ” daha bir futbolçusunu satır

“Qarabağ” daha bir futbolçusunu Avropa klubuna satmağa yaxındır.

Komanda.az “SportoweFakty” nəşrinə istinadən xəbər verir ki, hücumçu Musa Qurbanlının karyerasını Polşada davam etdirmək ehtimalı yüksəkdir.

Bu ölkənin “Poqon” klubu Azərbaycan millisinin üzvünün transferi üçün qarşı tərəflə danışıqları sürətləndirib. Hər iki komanda Antalyada təlim-məşq toplanışında olduğundan, danışıqlar orada aparılır.

Hücum xəttini gücləndirməkdə israrlı olan polşalılar bu mövsüm Premyer Liqada 12 qol vuraraq, məhsuldarlıq nümayiş etdirən Qurbanlını tezliklə heyətinə qatmaq niyyətindədir. Hər an anlaşmanın əldə oluna biləcəyi vurğulanıb.

Xatırladaq ki, “Qarabağ” qış fasiləsində braziliyalı futbolçusu Kadi Borgesi Rusiyanın “Krasnodar” klubuna satıb. Komandanın daha bir legioneri Leandro Andrade ilə də Rusiya klublarının maraqlandığı barədə xəbərlər yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button