“Qarabağ” ÇSKA ilə qarşılaşacaq
“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışında qarşılaşacağı sonuncu rəqib də məlum olub.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə üz-üzə gələcək.
Yoxlama görüşü iyulun 4-də keçiriləcək.
“Qarabağ” Avstriyada 3 sınaq matçı keçirəcək. “Köhlən atlar” iyunun 27-də Macarıstan “Ferentsvaroş”u, iyulun 1-də isə Polşa “Legiya”sı ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin