“Qarabağ” “Viktoriya”ya Bakıda qol vura bilmədi
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
Komanda.az xəbər verir ki, “köhlən atlar” Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu Sloveniyadan olan hakimlər idarə ediblər.
Tarixində bir dəfə – 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində iştirak etmiş “Qarabağ”, həmin uğuru təkrarlamaq niyyətindədir. Pley-off mərhələsinədək Polşanın “Lex”, İsveçrənin “Sürix” və Macarıstanın “Ferentsvaroş” komandalarını mübarizədən kənarlaşdıran Azərbaycan çempionu üçün indi sadəcə, son, həlledici addımı atmaq qalıb. Bunun üçün isə Bakıdakı ilk oyunda maksimum yaxşı nəticə qazanmaq vacib idi. Amma bu görüşdə qapılara qol vurulmayıb.
Cavab oyunu avqustun 23-də Plzendə keçiriləcək.
UEFA Çempionlar Liqası
İlk oyun
17 avqust
Qarabağ – Viktoriya (Plzen) 0:0
Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya)
Bakı. T.Bəhramov adına Respublika Stadionu
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77 Ramil Şeydayev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Viktoriya: 36. Yindrjix Stanek, 2. Lukaş Heyda (k), 4. Ludek Pernitsa, 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel.
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç 44. Libor Holik, 77. Erik Yirka, 99. Modu Ndiay.
Baş məşqçi: Mixal Bilek.
Bizi Facebook-da izləyin