“Qarabağ” – “Çelsi” oyununun hakimləri açıqlandı

Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun oyununun təyinatları müəyyənləşib.

Komanda.az xəbər verir ki, oyun Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sebastyan Qishamer olacaq. FİFA referisinə Roland Riedel və Santino Şreyner kömək göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Manuel Şutenqryuber, AVAR-da Yozef Şpurni əyləşəcəklər.

“Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button