“Qarabağ” – “Çelsi” matçının bilet satışını həyata keçirən sayt yenə “çökdü”

“Qarabağ” noyabrın 5-də UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi”ni qəbul edəcək.

Komanda.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletləri bu gündən etibarən satışa çıxarılıb.

Qarşılaşmanın bilet satışını həyata keçirən “iTicket” saytı isə yenə donub. Bu səbəbdən, azarkeşlər biletləri əldə etməkdə çətinliklə üzləşiblər.

“Qarabağ”ın avrokubok oyunlarından bəzilərində oxşar problemlər əvvəllər də yaşanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button