
“Qarabağ” Bəhlulla yeni müqavilə bağladı
“Qarabağ” futbolçusu Bəhlul Mustafazadə ilə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı müdafiəçi ilə anlaşma daha 3 il müddətinə uzadılıb. Bəhlul Mustafazadə 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək.
Mustafazadə 2021-ci ildən Ağdam təmsilçisində oynayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin