“Qarabağ” bu gün yeni transferini elan edə bilər – Son gündür

“Qarabağ” bu gün UEFA Çempionlar Liqası üçün sifariş ərizəsini UEFA-ya göndərəcək.

Komanda.az xəbər verir ki, sifariş ərizəsində liqa mərhələsində oynayacaq futbolçuların adları yer alacaq. Sifariş ərizəsi ən geci saat 23:59-dək təqdim edilməlidir.

“Köhlən atlar”ın hücum xətti üçün almaq istədiyi azı bir əcnəbi oyunçu var. Yeni futbolçunun da adı sifariş ərizəsinə salınmalıdır.

“Qarabağ” ÇL-də ilk matçını sentyabrın 16-da Portuqaliyada “Benfika” ilə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button