“Qarabağ” bu gün Rumıniya klubu ilə qarşılaşacaq
“Qarabağ” bu gün UEFA Avropa Liqasında Rumıniyanın FCSB komandası ilə görüşəcək.
Komanda.az xəbər verir ki, Liqa mərhələsinin 7-ci turunun oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də start götürəcək.
“Qarabağ” turnir cədvəlində 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.
Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur
23 yanvar
21:45. Qarabağ – FCSB (Rumıniya)
Baş hakim: Filip Qlova (Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin