“Qarabağ” bu gün Niderland komandası ilə 2 yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün daha iki yoxlama oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Niderland təmsilçisi “Tvente” ilə üz-üzə gələcək.

İlk görüş saat 17:00-da, ikinci isə 19:15-də başlayacaq.

Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukrayna “Metallist”inə (Xarkov) uduzub – 4:5. “Köhlən atlar” Bakıdakı yoxlama matçında isə “Zirə”ni 4 cavabsız qolla üstələyib.

“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button